Ramil Həsən "Zəfər savaşı və Tarixi qalibiyyət" mövzusunda gənclərlə görüş keçirdi

OXUNUB: 108 GÜNDƏM SOSİAL
Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə Ucar rayon 91 saylı Seçki Dairəsindən  deputat Ramil Həsən Ucar Gənclər Evinin təşkilatçılığı ilə Vətən torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş Şəhidlərimizin "27 sentyabr - Anım Günü" münasibətilə "Zəfər savaşı və Tarixi qalibiyyət" mövzusunda gənclərlə görüş keçirmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla xanım Abdullayeva, "DAVAM" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Ucar Təhsil şöbəsinin müdiri Rauf Məmmədov və Ucar Gənclər Evinin direktoru Elamin Dibirov iştirak etmişdir. Toplantıda Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov açılış etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Qəhrəmanlıq və şücaətlərlə dolu olan 44 günlük Vətən Savaşı Şəhidlərinin il dönümü ərəfəsində Milli Məclisin deputatının və digər qonaqların gənclərlə görüşə gəlməyindən böyük məmnunluğunu ifadə etdi. Daha sonra Gənclər Evinin və gənclərin Qarabağ Vətən savaşı zamanı şəhid və qazi ailələrinə, o cümlədən ön cəbhəyə etmiş olduqları dəstək, eyni zamanda digər görülən işlər haqqında geniş məlumat verdi. 
Milli Məclisin deputatı Ramil Həsən də öz növbəsində Ucar gənclərinə bu gün görüşə gəldikləri üçün təşəkkür edərək bildirdi ki, tam əminliklə deyə bilərəm cəbhədə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və milli birlik sayəsində döyüşçülərimizdə yaranan ruh yüksəkliyi , canını və qanını Vətən uğrunda fəda etməyə hazır olan və bu yolda canlarını fəda etmiş şəhidlərimiz və şübhəsiz ki, qazi olmuş, Vətən uğrunda vuruşaraq geri dönmüş igid Azərbaycan əsgərləridir.Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərbi meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi. Deputat təşəbbüsü  və TUİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılan "Tək Millət, Tək Ürək”  Beynəlxaq Hümanitar Platformasının 44 günlük Vətən savaşında və sonra Azərbaycanımızın rayonlarında, o cümlədən Ucar rayonunda  Şəhid və qazi ailələrinə göstəmiş olduqları dəstək haqqında məlumat verdi, platforma çərçivəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini bildirdi. 
Toplantıda çıxış edən "Davam " Gənclər Hərakatının rəhbəri Nihad Allahyarlı və digər natiqlər Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla xanım Abdullayeva və Ucar Təhsil şöbəsinin müdiri Rauf Məmmədov  Vətən müharibəsi günlərində Ali Baş Komandanı Cənab İlham Əliyevin yorulmaz və misilsiz fəaliyyətini, eyni zamanda  xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən birinin milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru olduğunu vurğuladı. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır.  Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük ! Qələbəmizin qazanılmasında birliyimizin rolunun  misilsiz olduğunu öz fikirlərində bildirdilər.
Sonda çıxış edən  Ucar gəncləri gənclərlə səmərəli əməkdaşlığa və gənclərə göstərmiş olduğu xüsusi diqqətə, dəstəyə və qayğıya görə Milli Məclisin deputatı Ramil Həsənə və digər qonaqlara dərin təşəkkürlərini ifadə etdilər.
 
 





 
 

RƏYLƏR