Rəhimli İreli: “İrəli” İctimai Birliyi sosial işçi tələbələr üçün təlim proqramına start verir

OXUNUB: 230 QHT
"İrəli” İctimai Birliyi sosial iş ixtisası üzrə təhsil alan, bu sahəyə maraqlı olan və özünü inkişaf etdirmək istəyən gənclər üçün təlim proqramına start verir.

3 ay müddətində Bakı şəhərində davam edəcək təlim proqramı müddətində sosial işçilər peşəkar mütəxəssislər tərəfindən keçiriləcək təlim və görüşlərlə bu sahəni nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar vasitəsilə mənimsəyəcəklər. Proqram çərçivəsində sosial səriştələr, şəxsi bacarıqlarda peşəkarlıq, empatiya, başqaları ilə konstruktiv şəkildə işləmə vərdişlərinin formalaşması, münaqişələrin effektiv idarə edilməsi və digər mövzularda təlim sessiyalarının keçirilməsi, həmçinin müxtəlif sosial xidmət müəssisələrinə səfərlər nəzərdə tutulur.

Həyata keçirilən proqramın əsas məqsədi öyrətməyi öyrənmək, öz potensialını idarə etmək, özünüinkişaf haqqında düşünmək, məlumatların idarə olunması, o cümlədən sosial-psixoloji bacarıqların artırılmasıdır. Proqramın ilk mövsümü 2021-ci ilin noyabrından 2022-ci ilin mart ayınadək olan müddəti əhatə edib və ümumilikdə 35 nəfər gənc iştirak edib.

Qeyd edək ki, təlim proqramına son qeydiyyat tarixi 30 aprel, saat 18:00-dır. Proqramda iştirak etmək istəyən 17-29 yaş aralığında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3LeX6mz
Google Analyse – Opret og analysér spørgeskemaundersø

RƏYLƏR