Volqoqradda yaşayış evində qaz partlayışı baş verib.
İcmal.Az xəbər verir ki, Rusiya FHN Volqoqrad üzrə Baş İdarəsindən TASS-a verilən məlumata görə, hadisə nəticəsində binanın girişi çöküb.
"Partlayış qaz xidmətinin əməkdaşlarının işlədiyi dördmərtəbəli binada baş verib”, - agentliyin həmsöhbəti deyib.
İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb və beş nəfər yaralanıb.
Hadisə yerində yanğın və xilasetmə xidmətinin əməkdaşları işləyirlər. Xüsusi xidmət əməkdaşlarının məlumatına görə, 10-a yaxın mənzil dağılıb.
İcmal.Az