Rövnəq Abdullayevdən “sosial terror” – “1674 işçini qovub, “dəvəquşu modeli”nə keçib”

OXUNUB: 723 index-manşet İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ)optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq bu günə qədər 1674 işçiixtisara düşüb, işini itirənlərin 522-si Bakı şəhəri və Abşeron rayonunun payına düşür.

Pandemiya və postmüharibə dönəmində onsuz da bərbad sosial duruma düşən əhali üçün bu prosesin bir adı var – SABOTAJ!

Məsələyə sərt münasibət bildiriən iqtisadçı-ekspert Natiq Cəfərli Rövnəq Abdullayevi tənqid edib: "SOCAR-da ciddi ixtisarlar gedir, yüzlərlə insan işdən azad edilib, bunu etiraf edib tədbirlər görməkdənsə Rövnəq müəllim yeni termin icad edib - işçilər "sərbəstləşib". SOCAR 1674 işçini qovub, işsiz qoyub, bunu belə normal etiraf edə bilmirlər. Elə bil təhkimçilik zamanıdlr, quldarlıq quruluşudur, bu nə termindir axı?!

Utanmırlar, elə bilirlər ki, həqiqətin üzünə dik baxsalar gözləri yanar, idarəetmənin, iqtisadiyyatın bütün sahələrində "dəvəquşu modelinə" geri dönüblər...”

7NEWS.az


 

 

 

RƏYLƏR