Sabiq deputatın oğlunu məhkəməyə verdilər – Kredit borcuna görə…

OXUNUB: 583 GÜNDƏM BANK HADİSƏ
"Azərbaycan Beynəlxalq Bankı” ASC ləğv prosesində olan "Debüt Kommersiya Bankı” və Qəribov Rəşad Fərhad oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iclasının bu gün - 12.07.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Vəfaddin İbayevin sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələr ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 6 milyon 923 min 800 manat olan "Debüt Kommersiya Bankı” ASC 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda MMC-nin qanuni təmsilçisi Piriyev Tural olsa da, bu bankın 2005 və 2010-cu illərdə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputat seçilən Fərhad Qəribova məxsus olduğu bilinir. 

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Debüt Kommersiya Bankı” ilə birgə məhkəməyə verdiyi Rəşad Qəribov da Fərhad Qəribovun oğludur. Rəşid Qəribov sonuncu parlament seçkilərində vaxtı ilə atasının deputat seçildiyi 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Onu da bildirək ki, hazırda "Debüt Kommersiya Bankı” ASC-nin dövlət büdcəsinə də böyük həcmdə - 141 min 550 manat 27 qəpik vergi borcu var./Yeniavaz.com

RƏYLƏR