Sahil Babayev milləti ayağa qaldırır: Əlillərin Bərpa Mərkəzi önündə gərginlik, döyülən var – Video

OXUNUB: 236 Özəl GÜNDƏM SOSİAL

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Əlillərin Bərpa Mərkəzi önündə bir insanlıq dramı yaşanır. Reportyor.info-nun ərazidə olan əməkdaşı xəbər verir ki, pensiyası və əlilliyi kəsilən vətəndaşlar Mərkəzin önündə toplaşıblar. Onlardan biri Ağstafa sakini Sərvi Nəcəfovadır. Yaşlı qadın pensiyanın əsassız yerə kəsilməsinə üsyan edir. Onun həyat yoldaşına isə Bərpa Mərkəzində zor tətbiq olunun və qolu əzilib. S. Nəcəfova deyir ki, insanları intihar həddinə çatdırırlar. Ümumiyyətlə, Əlillərin Bərpa Mərkəzində bir izdiham və gərginlik yaşanır. Bu da kütləvi şəkildə əlilliyin ləğv olunması ilə bağlıdır. Nazir Sahil Babayev artan narazılıqlara baxmayaraq, heç bir açıqlama vermir. Mərkəzin qarşısında olan S. Nəcəfova bildirir ki, bu haqsızlığı Allah götürməz. Həmin ərazidən görüntüləri təqdim edirik:

RƏYLƏR