Səfər Mehdiyevi Vüqar Səfərli ilə nə bağlayır - ARAŞDIRMA

OXUNUB: 740 index-manşet HADİSƏ

Gömrüklə medianın icdivacı – Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü

İlk təhsilini kolxozda fermadaalan, sonra guya Elçibəyin göndərişi ilə Türkiyədə təhsil alıb ölkəmizə qayıdan Səfər Mehdiyev az vaxtda gömrük sistemində söz sahibinə çevrildi. Hətta Dövlət Gömrük Komitəsində 1-ci müavin oldu. Aydın ƏliyevDGK sədri olanda daqurumda söz sahibi Səfər Mehdiyev olub.

DGK-da çalışanlar bilir ki, sədr Aydın Əliyevin işi səhərdən axşamacan qəzetləri varaqlamaq və ayın axırında PAKET almaq olub. Bütün işləri ŞƏRUR uşaqları və məhləbaşı Səfər həll edib.

Səfər Mehdiyev DGK-da çalışanda "Mətbuatın xaç atası Vüqar Səfərli” ilə razılaşıb ki, onunla bağlı xəbərlər getməsin, mətbuatda gömrüklə bağlı ancaq pozitiv xəbərlər tirajlansın və ayın sonunda PAKET göndərilsin.

Beləliklə Səfər Mehdiyevlə Vüqar Səfərlinin əməkdaşlığı xeyli müddət davam edib. Buna deyirlərgömrüklə medianın birgə fəaliyyəti.

Bu ’’siyasi’’ müqavilə dövründə Səfər Mehdiyevin sifarişi ilə Vüqar Səfərli xeyli sayda medianı reket elədi, qəzetləri qara siyahıya saldı. Amma bir gün bunların da qara günü başladı. Və Vüqar Səfərli həbs olundu.

Həmin gün Səfər Mehdiyev Vüqar Səfərlinin oğlu Samir Səfərlini yanına çağırıb dedi ki, narahat olma, axıradək atanın dalındayam...

Bəli, Vüqar Səfərlinin həbsindən çox-çox əvvəl Səfər Mehdiyev Vüqar Səfərlinin oğlu Samiri 6-cı anbara rəis təyin etmişdi. Samir Səfərli gömrükdə "Levi mallar çıxaran Samir” kimi ad çıxarmışdı, İpək yolunun anbarında, Sərnişin İdarəsində at oynadırdı.

Bəli, gömrük sistemi ilə Vüqar Səfərlinin müqaviləsi nəticəsində çox media orqanları bağlandı, çox baş redaktorlar həbs olundu.

Bu işlərdə təkcə Vüqar Səfərli deyil, digərləri də xeyli xidmətlər göstərib.

Ona görə də haqlı olaraq hesab edirik ki, Vüqar Səfərlinin istintaqında mütləq digərləri də izahat verməli və haqlı cəzasını almalıdır.

Sonda onu qeyd edək ki, Səfər Mehdiyevin vurulmuş məmurların uşaqlarına atalıq qayğısı etməsi, dövlətə meydan oxumaqdır. Bunun başqa adı yoxdur./gundelik-bakı


RƏYLƏR