Səfər Mehdiyevin növbəti sabotajı: bahalaşma yaradır…

OXUNUB: 108 GÜNDƏM İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsumun artırılmasını dəstəkləyir.
Bu niyyətlə komitə müraciət edib və "Dövlət rüsumu haqqında”qanuna dəyişiklik gözlənilir. Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
DGK-nın bu həvəsi "Azərişıq” və "Azəriqaz” tərəfindən Tarif Şurasına edilən müraciətlər əsasında yaranıb. Komitə onlardan geri qalmaq istəmir. Bundan sonra telefon və maşınların qiymətində bahalaşma qaçılmazdır. Məntiqi olaraq rüsum artırsa, qiymətlər də qalxır.
Yəni mağazadan 500 manatlıq telefonu azı 550 manata alacaqsınız. Bu da gömrük komitəsinin heç bir əsası olmadan rüsumları artırmaq istəyindən irəli gəlir. Amma komitə sədri Səfər Mehdiyev ictimaiyyətə izahat vermir ki, səbəb nədir…/Reportyor.info

RƏYLƏR