Şəhid anası Əhəd Abıyevi məhkəməyə verdi – Sensasion təfərrüat

OXUNUB: 535 Özəl GÜNDƏM

 

 

Vətən müharibəsinin şəhidi Orxan Şıxıyevin anası Sevda Şıxıyeva ilə Daşkəsən rayon icra başçısı Əhəd Abıyevi arasında aylardır davam edən gərginlik pik həddə çatıb. Rayonun Dəstəfur kənd sakini olan S. Şıxıyeva artıq icra başçısı Ə. Abıyevi barəsində əsassız ittihamlar səsləndirdiyi üçün məhkəməyə verib. Bu haqda Reportyor.info-ya məlumat verilib. Məlumatda deyilir ki, şərəf və ləyaqətinin alçaldıldığını iddia edən şəhid anasının müraciətinə Ə. Abıyevin qeydiyyatda olduğu Bakının Nərimanov rayonu üzrə yerli məhkəmədə baxılacaq.

Bildirilir ki, buna səbəb icra başçısının rayonda şəhid anaları ilə görüşdə S. Şıxıyevanı gözdən salan ifadələr işlətməsi olub. İcra başçısı şəhid anasını müxalifətə və keçmiş nazir Əli İnsanovun partiyası ilə əlaqələrinin olmasında ittiham edib. Həmçinin, tədbirdə şəhid analarını ona qarşı qoyaraq əleyhinə çıxışlar etdirib. İcra başçısı uzun çıxışında S.Şıxıyevanın dövlətə və iqtidara qarşı olduğunu, şəhid adından istifadə etdiyini deyib. Eyni zamanda, icra başçısı kabinetində Şıxıyevanı döyməsi haqda yayılan məlumatları, şəhid anasının öz dilindən onu döydüyünə dair dediklərini cəfəngiyat adlandırıb. İcra başçısı şəhid anasına müxalifətçi damğası vurub, onu Ə. İnsanovun adamı adlandırıb.
Bütün bu açıqlamaların video kadrları yayılıb və onu da təqdim edəcəyik. Şəhid anası da öz növbəsində bu çıxışdan irəli gələrək Ə. Abıyevi məhkəməyə verib və işə Nərimanov rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, bir müddət əvvəl şəhid anası icra başçısının onu döydüyünü bildirmiş, habelə icra nümayəndəsi Lalə Cəfərovanı ittiham etmişdi. Daşkəsən İH isə yaydığı rəsmi açıqlamada bunun yalan olduğunu demişdi. İndisə başçının çıxışında şərəf və ləyaqətinin alçaldığını deyən, üstünə İnsanovçu damğası vurulan Şıxıyeva Abıyevi məhkəməyə verib ki, dediklərini sübuta yetirsin./reportyor


RƏYLƏR