Şəhid qardaşından unikal təklif: "Şəhid ailələrinə 'Jurnalistlər binası'nı deyil, 'Atletlər kəndi'ni verin, bizi üz-üzə qoymayın"

OXUNUB: 831 index-manşet SOSİAL
7NEWS.az xəbər verir ki, bu barədə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu maraqlı təklif irəli sürüb: "Jurnalistlər adına tikilən binanın şəhid ailələrinə verilməsi üçün imza toplayıb canfəşanlıq, şirinlik edənlərin məqsədi keçmişdə evə görə jurnalistləri bir-birinə düşmən etdikləri kimi, indi də şəhid ailələri ilə jurnalistlərin arasını vurmağa çalışırlar ki, şəhid ailələrinin problemlərini işıqlandırmasınlar. 

Belə fədakarlıq edib imza toplayansınızsa, "Atletlər kəndi" illərdir tikilib, bomboşdur. Həmin evlərin şəhid ailələrinə verilməsi üçün müraciət edin. 
İt ilində bir dəfə yarış olacaq deyə o qədər mənzil orada niyə boş qalmalıdır? Yarışlarda gələn turistlər ölkədəki yüzlərlə oteldə yerləşdirilə bilər."
Нет описания.

RƏYLƏR