Şəhidlərimiz əfsanəvi Xarı bülbülü Zəfər rəmzinə çevirdilər, qanları ilə ona can verdilər! - VİDEO

OXUNUB: 4934 Özəl GÜNDƏM DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCAN

İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül Şuşa şəhərinin girişində torpağa sancıldı.

 

Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhramanlıqla həlak olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev içtirak ediblər. Tədbir iştirakçıları Gövhər Ağa Məsçidini ziyarət edərək torpağlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub əziz xatirələrini yad ediblər. Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əskərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb.

Azərbaycan Dövlət Televiziyası (AzTV) və "Fire Land” Prodakşnın birgə layihəsi olan bu ədəbi-bədii gecə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.

Bu layihə Fire Land Productionla, AzTV- nin ilk layihəsi deyil. Yazıçılar birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanovun müəllif olaraq imza atdığı və Fire Land Productionun həyata keçirdiyi layihələr Azərbaycanı və azərbaycançılığı tərənnüm edir, həmrəyliyimizi və düşmən qarşısında səfərbər ola bilən millətimizi vəsf edir. Ard-arda həyata keçitdiyi layihələrə dövlət qurumları da dəstək verir. Bu layihələr hər bir azərbaycanlının dilində olan Vətən duasını səsləndirir.

Bunlardan

2013 cü ildə ASAN xidmətlə birlikdə Heydər Əliyev adına saraydahəyata keçirilən "Sən Azərbaycanlısan” (https://youtu.be/P5qpBZ4Md9s) və 2015 ci ildə "İlk Avropa Oyunları Qədim Bakı Torpağında” (https://youtu.be/ArIE3weRp24) layihələri, 2018 ci ildə baş tutan "Zəfərə Doğru” (https://youtu.be/5zSFEWIrkyc) möhtəşəm yürüş, 2018 ci ildə DTX mədəniyyət mərkəzində keçirilən və Azərbaycanın ümümdünya "Xocalıya Ədalət” (https://youtu.be/nlbwPuU8Lr8 ) kampaniyasına öz töhfəsini verən əbədi-bədii məclis, İctimai Televiziya və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə "Yaşa, yaşa, Azərbaycan” (https://youtu.be/XFCa1VirMmY) layihəsi, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə "Qarabağın səsi” layihəsi ( https://youtu.be/jtTiEJj4GIs) adını çəkmək olar. Fire Land Productionın vətənpərvərliyə köklənən hər bir layihəsi dünya azərbaycanlılarının vətən sevgisindən xəbər verir və davamlı olaraq milli mənəvi dəyərlərimizi təbliğ edir

RƏYLƏR