“SƏHNƏDƏ” olmaq istəyən gənclər üçün şans!

OXUNUB: 290 GÜNDƏM QHT SOSİAL
Səhnədə ulduz kimi parlamaq istəyən, səsinə güvənən gənclər üçün unikal şans yaradılıb!
Öz ifaçılıq bacarıqlarının uğura çevirmək arzusu olan, respublikanın bütün rayon və şəhərlərində yaşayan 16-25 yaş arasındakı gənclər 10 iyun 2021-ci il tarixinədək www.gencistedad.az  saytı vasitəsilə qeydiyyatdan keçib, müraciət edə bilərlər. Daxil olan müraciətlər nəticəsində seçilmiş iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar. 
Kastinq mərhələsindən uğurla keçən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirakçısı olacaq. Müsabiqənin yekununda qalib  3 gənc ifaçı RÄNG leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.
Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete) və digər məşhur ulduzlardan ibarətdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı və "GəncSİMA” İB-nin təşkilatçılığı ilə keçiriləcək müsabiqə Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq. 
Səhnədə ulduz olmaq vaxtıdır!

RƏYLƏR