Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub - FOTO+ VİDEO

OXUNUB: 148 GÜNDƏM SOSİAL
Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub.
7News.Az xəbər verir ki, S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

S.Bayraktarın uçduğu MiG-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.

Bakıda "Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

"Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
 





RƏYLƏR