"Sənsiz dəli kimi darıxıram" - Sevdadan ayrı qalan həyat yoldaşı

OXUNUB: 4063 ŞOU-BİZNES
Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovdan ayrı qalıb.


İstanbulda olan sənətçi işləri ilə bağlı orada uzun müddət qalmalı olduğunu, ərinin isə Bakıya geri qayıtmaq məcburiyyətində qaldığını vurğulayıb.

Z.Bayramov isə Sevda üçün çox darıxdığını etiraf edərək "Təyyarəyə gedərkən sağ tərəfimdə böyük bir boşluğu hiss etdim. Sən yox idin. Başa düşürəm ki, bu sadəcə müvəqqəti bir zərurətdir, lakin qəlbim bunu qəbul etmək istəmir. Gözlərim evin hər bir guşəsində səni, qulaqlarım isə sevgidolu səsini eşitmək üçün otaqlardan asılmış, qəlbim isə istini itirməmək üçün könlümdə quş tək döyünməkdədir. Sənsiz dəli kimi darıxıram" sözlərini vurğulayıb. 

Sevda isə "Mənim nəfəsim, darıxırıam mən də" cavabını verib./Axşam.az

 

7News.Az

RƏYLƏR