“Şimal axını” boru kəmərində yeni sızma aşkar edildi: İsveç araşdırmaya BAŞLADI

OXUNUB: 273 Özəl İQTİSADİYYAT
İsveç Kəşfiyyat İdarəsi (SEPO) Baltik dənizində Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" boru kəmərlərində qaz sızması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Bu arada İsveç səlahiyyətliləri partlayışların baş verdiyi boru kəmərlərində dördüncü sızmanın aşkar edildiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, SEPO-dan verilən açıqlamada Baltik dənizində Rusiyanın "Şimal axını 1” və "Şimal axını 2” boru kəmərlərində qaz sızması ilə bağlı araşdırmaya başlanıldığı bildirilib. Açıqlamada, "İsveç maraqlarına qarşı ciddi bir cinayət ola bilər. Bunun arxasında xarici güclərin dayandığını gözardı etmək olmaz. İstintaq ağırlaşdırılmış təxribat şübhəsi ilə davam edəcək", deyə bildirilib.

7NEWS.az

RƏYLƏR