Sumqayıtda dəhşətli cinayət: 36 YAŞLI QOHUMUNU BELƏ ÖLDÜRDÜ

OXUNUB: 402 Özəl GÜNDƏM HADİSƏ
Sumqayıt şəhər prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

RƏYLƏR