Sumqayıtda “kanalizasiya qalmaqalı” – Sakinlər antisanitariya şəraitində yaşayır (VİDEO)

OXUNUB: 310 Özəl GÜNDƏM SOSİAL
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən 2 saylı yataqxananın sakinləri antisanitariya şəraitində yaşayırlar.
 
Sakinlər Qaynarinfo-ya bildirib ki, 1 aydan çoxdur yataqxananın qarşısındakı kanalizasiya tutulub.
 
"Nəticədə çirkab su çölə axır. Yataqxananın qarşısında gölməçə yaranıb. Üfunət iyindən dayanmaq olmur. Müvafiq qurumlara müraciət etsək də, gəlib problemi həll etmirlər. Düşünən yoxdur ki, burada insan yaşayır, müxtəlif infeksion xəstəliklər yayıla bilər”, - deyə sakinlər əlavə edib.

Sakinlərdən Fərhad Əliyev ərazidə videoçəkiliş apararaq redaksiyamıza təqdim edib. O həmçinin bildirib ki, onlar problem həllini tapmayana qədər kommunal ödəniş etmək niyyətində deyillər.


 
 

RƏYLƏR