Suriyada vakuum bombalar tətbiq edilib – VİDEO

OXUNUB: 1057 DÜNYA

Suriyanın dövlət HHQ ölkənin müxalifət qüvvələrinə mənsub və Homs əyalətinin Hula rayonunda yerləşən mövqelərinə aviazərbələr endiriblər.  

Yaşayış binalarına 16 vakkum bombası endirilib. Yerli sakin ölüb, qadınlar və uşaqlar da daxil olmaqla xəsarət alanlar var. 

"Rayon eyni anda hava və yerdən hücumlara məruz qalır. Yaşayış binalarına ciddi xələl dəyib”, - döyüş yerindən agentliyin müxbiri bildirib. 

Suriyada müharibə 2011-ci ilin martında dinc nümayişlərin silahlı münaqişəyə keçməsindən sonra başlayıb. BMT-nin məlumatına görə, münaqişə zamanı 400 mindən çox adam ölüb, 10 milyondan çox adam məcburən evini tərk edib. 4,8 milyon adam isə ölkə hüdudlarından kənarda sığınacaq tapıb./oxu.az

İcmal.Az

RƏYLƏR