Tehran meri prezident yarışından geri çəkildi

OXUNUB: 917 DÜNYA

Tehranın meri Məhəmməd Qalibaf prezident postu uğrunda yarışlardan çəkilir.

Qalibaf ayətullah İbrahim Rəisinin namizədliyini dəstəklədiyini açıqlayıb. 

Belə bir qərar "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin toplantısından sonra verilib. Belə ki, Milli Cəbhə ancaq bir namizəd irəli sürə bilərdi və Qalibaf Rəisinin xeyrinə geri çəkilib. 

Beləliklə də prezidentlik uğrunda beş namizəd yarışacaq. Qeyd edək ki, seçkilər mayın 19-da keçiriləcək. /qafqazinfo

 

İcmal.Az

RƏYLƏR