Türk iş adamı azərbaycanlı generalı məhkəməyə verdi – Naxçıvanda qalmaqal

OXUNUB: 141 HADİSƏ

Türkiyəli iş adamı Oba Ali Serdar Azərbaycanın yüksək vəzifəli məmurunu məhkəməyə verib.

Oba Ali Serdar Fahri oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, general-leytenant Şahin Nəbiyevlə bağlı məhkəməyə şikayət edib.

 

İnzibati orqanların aktları və hərəkətləri ilə bağlı işə Naxçıvan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2016-cı ilin mart ayında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Şahin Nəbiyev Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib./qaynarinfo.az

RƏYLƏR