Ukrayna rus şirkətlərinə qadağa tətbiq etdi — Siyahıda "Yandex" də var

OXUNUB: 917 DÜNYA
Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə qərar qəbul edib.


Qərar ölkə prezidenti Poroşenko tərəfindən təsdiqlənib.

Ukrayna prezidentinin rəsmi səhifəsində yayımlanan qərarda bəzi rus vətəndaşları və şirkətlərə aid sanksiyaların genişləndirildiyi, əvvəlcədən siyahıda olan şəxs və şirkətlərə tətbiq edilən bəzi iqtisadi və özəl məhdudiyyətlərin də müddətinin uzadıldığı bildirilir. Siyahıda 1.228 şəxs və 468 şirkət var.

"Vkontakte", "Odnoklassniki" sosial şəbəkələri ilə yanaşı "Yandex" axtarış sistemi və "mail.ru" saytı da sanksiyalara məruz qalıb. 

Bundan başqa "Doktor Web" antivirus proqramına da Ukraynada qadağa tətbiq ediləcək./olke.az
 
İcmal.Az

RƏYLƏR