Çövkən oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib

OXUNUB: 923 İQTİSADİYYAT SOSİAL İDMAN

Çövkən oyunu üzrə "Prezident Kuboku”nun final görüşü keçirilib.

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə "Prezident Kuboku”nun final görüşü keçirilib.

Səkkizinci dəfə təşkil olunan "Prezident Kuboku” turnirində bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlarımız olan "Qarabağ” və "Dilbaz”dan istifadəyə icazə verilib. Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu yarışların keçirilməsinin əsas məqsədi xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpasından ibarətdir. Bu oyun yarış zamanı istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.

Bu yarışda hər komandada beş atlı olmaqla milli cins atlarımız iştirak edib. İndiyədək altı komandanın iştirakı ilə ümumilikdə 10 oyun keçirilib. Final görüşündə "Buta Golden” və "Polad” komandaları birincilik uğrunda mübarizə aparıb. "Buta Golden” komandası rəqibini 2:1 hesabı ilə üstələyərək "Prezident Kuboku”nun qalibi olub. Qalib komandanın üzvləri mükafat və kubokla təltif olunublar.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50 min manat olub.

7News.Az

 

RƏYLƏR