Xanım direktor 9-cu sinif şagirdini döydü və telefonunu yerə çırparaq sındırdı - ŞİKAYƏT

OXUNUB: 533 GÜNDƏM SOSİAL HADİSƏ
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır ki, məktəbə getmir.

Bu barədə şagirdin valideynləri AzToday.az saytına etdiyi şikayətdə məlumat veriblər. İlqar Məmmədovun sözlərinə görə, övladının məktəbə getməməsinə səbəb onun direktor Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında alçaldılmasıdır:

"Ciddi psixoloji problemləri olan direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə 9a sinfinə daxil olmuş, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək əynindəki gödəkçəni çıxamasını tələb etmişdir. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu gördükdə həmin telefonu vəhşicəsinə şagirddən alıb, yerə vuraraq sındırmış və Gülnar Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etmişdir. Bununla da əsəbi soyumayan Çinarə Atayeva şagirdi otağına aparmış, pəncərənin pərdələrini və qapını içəridən bağlayaraq Gülnar Məmmədlini döyərək fiziki şiddət göstərmişdir.

Direktor Çinarə Atayeva tərəfindən törədilmiş bu vəhşilik bundan qabaq bir neçə dəfə başqa şagirdlərə qarşı da törədilib. Xəbər saytlarında bununla bağlə kifayət qədər məlumat əldə etmək mümkündür.

Baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinifin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri Şəfaqət Balcanovaya tapşırıq verilib. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisəylə bağlı məlumat verməmək tapşırığı verilmişdir.

Şagird Gülnar Məmmədli artıq 1 aydır ki, psixoloji sarsıntı keçirməsi, məktəb direktoru Çinarə Atayevadan və sinif rəhbəri Şəfaqət Balcanovadan qorxduğu üçün məktəbə gedə bilmir. Şikayətdə bildirilir ki, davamlı olaraq Gülnar Məmmədlinin ailəsinə direktora yaxın şəxslər tərəfindən psixoloji təzyiqlər olunur. Şagird Gülnar Məmmədlinin intihar həddinə çatması səbəbindən ailəsi tərəfindən psixoloqa müraciət edilib.

Baş vermiş məsələ artıq araşdırılması məqsədilə Abşeron rayonunun İstintaq şöbəsinə göndərilib. Buna baxmayaraq Təhsil Nazirliyi tərəfindən həmişə olduğu kimi direktor barədə heç bir tədbir görülmür…/Azərbaycan Reallığı

İcmal.Az

RƏYLƏR