`Xocalı` futbol klubu rəhbərliyinin ÖZBAŞINALIĞI... - İTTİHAM VAR!

OXUNUB: 650 Özəl İDMAN
"Xocalı” Futbol Klubu rəsmi "Facebook” hesabında futbolçu uşaqların "Red Bull” enerji içkisi içdiyi yerdə fotosunu paylaşmış və ""Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlıqlı qeyd yazmışdı. Paylaşılan foto sosial şəbəkə istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilmiş, rəylərdə uşaqlar üçün qadağan olunan bu içkini onlara içirdiyinə görə klub tənqid atəşinə tutulmuşdu. Daha sonra "Xocalı” futbol klubunun prezidenti İlkin Hacıyev baş verən hadisəni "kiçik anlaşılmazlıq” kimi qələmə vermişdi: ”Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən bunun nöqsan olduğu nəzərilərinə çatdırılıb və post dərhal silinib”.

Ancaq bu günlərdə 7News.Az saytı redaksiyasına daxil olmuş müraciətdə həmin hadisənin gerçək tarixçəsinə işıq tutulur və İlkin Hacıyevin qol qoyduğu daha bedtər qanunsuzluqlardan söz açılır:

"Hörmətli redaksiya, mən 2017-ci ilin aprel ayından övladım Həsənov Yusif Elman oğlunu Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən "Əlincə” futbol məktəbinə yazdırdım. Məqsədim oğlumun gələcəkdə futbolçu kimi formalaşması idi. Əlbəttə ki, bu illər ərzində özüm də məşqlərdə iştirak edib, izləyirdim. Hər ay 50 manat ödəniş etməklə yanaşı, fərdi məşqlərə də 150-200 manat ödəyirdim. Bunun müqabilində mənə heç bir qəbz verilməyib. Nəhayət, 2019-cü ildə klub adını dəyişərək "Xocalı” etdi. Yenə də eyni qaydada ödəniş edib, məşqlərə qatılırdıq. Bunlardan əlavə, yoldaşlıq görüşləri üçün regionlara yollananda əlavə ödəniş edilirdi. "Xocalı” futbol klubunun direktoru İlkin Haciyev valideyinlərə bildirdi ki, uşaqları mütləq Qəbələyə aparmalıyam. Bunun üçün bütün xərcləri valideynlər üzərinə götürməlidir. Məcburiyyət qarşısında deyilən təkliflərlə razılaşdıq. Nəhayət, uşaqlarla birgə Qəbələ rayonuna yola düşdük. İlkin Haciyev bilərəkdən 12 yaşlı uşaqlara qadağan olunan "Redbul” içkilərindən verirdi. Güya, uşaqlar enerjili olduqda daha çox güc sərf edərlər. Məntiqlə düşünəndə, "Redbul” içkisində hansı enerji ola bilər? Valideynlərə isə onun işinə qarışmamağı məsləhət görürdü. Bu barədə ölkə mətbuatı baş verən hadisəni bərk qınadı. Lakin aidiyyətli qurumlar susmağa üstünlük verdi. Həmən ərəfədə uşaqların qarın ağrısından necə əziyyət çəkdiyini sadəcə görmək lazım idi. İlkin Haciyevin yalvarışından sonra biz valideynlər məsüliyyəti öz üzərimizə götürdük.
Klub direktorunun ən böyük biabırçılığı bayrağımıza qarşı oldu. Yenə də "direktor” məsüliyyətdən yayınmağı bacardı.
Hörmətli redaksiya, mənim "Xocalı” futbol klubu ilə heç bir müqaviləm yoxdur. İşimlə əlaqədar Qəbələ rayonuna köçdüyüm üçün Y. Həsənov eyni adlı klubda məşqlərə çıxır. İ.Haciyev imzamı saxtalaşdırıb ki, güya mənim 2023-cü ilə qədər onunla müqaviləm var. Bunun üçün məndən 3000 manat pul tələb edir. Sonradan məlum oldu ki, bu şəxsin bütün uşaqlara qarşı aqressiyası var. Mənə məlum olmayan məsələ ondan ibarətdir ki, aylıq 50 manat, fərdi məşqlərə 200 manat ödədiyim halda, klub 3000 manatı necə tələb edə bilər? İnsan alveri ilə pul qazanmaq və onu şirin-şirin qəbul etmək insanlığa yaraşmayan işdir. Sizdən xahiş edirəm ki, yazdığım şikayət ərzəsini məktub formasında aidiyyətli qurumlara göndərəsiniz.
Əvvəlcədən təşəkkür edirəm”.
Futbol da ağılla, düzgün qurulmuş strategiya ilə idarə edilməlidir. Bizdə futbol məmur biznesinə və korrupsiyaya bağlıdır, sabah ölkədə rüşvəti ləğv etsən, məmur biznesini qapatsan, ölkədə futbol çempionatı bitər, oynamağa komanda qalmaz. Daha bedtəri odur ki, uşaq-gənclər futbolu da pis gündədir, gələcəyə yatırım sıfıra yaxındır. Ona görə də bir erməni gədəsi Mxitaryanın qiyməti bizim bütün futbolçuların qiymətindən bahadır”.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RƏYLƏR