Yaxın Şərq yenidən qarışdı - İsrail səgərləri atəş açdı / VİDEO

OXUNUB: 857 DÜNYA

İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölən fələstinli gəncin cəsədi tabutsuz şəkildə fələstinlilərin çiyinlərində daşınıb.

İcmal.Az xəbər verir ki, 28 yaşlı fələstinli balıqçı Məhəmməd Məcid Bəkirin dəfn mərasimi Qəzzada izdiham yaradıb.

Hadisə nəticəsində daha 3 fələstinli balıqçı İsrail əsgərləri tərəfindən həbs olunub.

Qeyd edək ki, Qəzzada Fələstinli balıqçılara son dəfə 2014-cü ilin iyul ayında atəş açılmışdı.

Fələstin və İsrail arasında 1993-cü ildə imzalanan Oslo müqaviləsinə əsasən, fələstinli balıqçıların balıq ovlamasına sərhəddən 20 mil məsafədə icazə verilmişdi. Lakin hazırda bu sərhəd 6 mil olaraq hesablanır.

İcmal.Az

RƏYLƏR