Yelo Bank vətəşdaşların biznes arzularını gerçəkləşdirdi

OXUNUB: 132 İQTİSADİYYAT BANK
Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə Bank daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirərək onlar üçün əsl Yeni il sürprizi etdi. 
Avtotəmizləmə xidməti üzrə biznesə başlamaq arzusunda olan Alıyev Nicat lazımi avadanlıqlarla təmin edildi. Dəstək verilən digər vətəndaşların xanım iştirakçılar olması isə xüsusilə sevindiricidir. Quluzadə Cəmilə və Qurbanova Fatiməyə kiçik dərzi sexi üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir. 
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında birgə imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı Yelo Bank bu layihənin həyata keçirilməsinə dəstək olmağa 2022-ci ildə də altiv davam edəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  Həmçinin, bizim parlaq Yelo App mobil tətbiqini yükləyərək, onlayn kredit almaq da mümkündür. 

Yelo Bank – Parlaq bankçılıq!
 
No description available.
No description available.
No description available.
 

RƏYLƏR