Yevlax İcra Hakimiyyəti 8 noyabrla 9 mayı SƏHV SALDI - VİDEO

OXUNUB: 128 Özəl GÜNDƏM HADİSƏ

Yevlax rayonunun mərkəzi küçəsində məktəblilərin hərbi paradı keçirilib. Paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayəti ilə şəhərin mərkəzi prospektindən keçiblər.

Paradda həmçinin Şuşa qalasının maketi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşudbanu Natəvanın obrazlarının iştirakı da nümayiş olunub. 

Hərbi marşların sədaları altında addımlayan Yevlax məktəblilərinin maraqlı nümayişi ictimaiyyətdə çaşqınlıq yaradıb. Hətta postların altında paradın 9 may Qələbə gününə həsr olunduğu barədə şərhlər yazılıb. Həmçinin məktəblilərdən ibarət paradın Zəfər günündə, yəni 8 noyabrda təşkil edilməsinin daha məqsədəuyğun olması önə çəkilib. 

Müzakirə doğuran məsələ ilə bağlı Yevlax Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun əməkdaşı Ramin Qələndərov Bizim.Media-nın paradın 9 və ya 10 mayda keçirilməsilə bağlı sualını cavabsız qoyaraq "sizi nə maraqlandırır?” deyə bidirib.

Daha sonra paradın Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edildiyini vurğulayıb. 

Paradın təşkilatçılarına  və neçə məktəb şagirdinin yürüşə cəlb olunduğuna gəlincə, bu barədə də məlumatsız olduğunu deyən Ramin Qələndərovdan aidiyyəti şəxslərlə əlaqələndirməyimizi istədik. Buna söz verən qurum rəsmisi çox keçmədən dəstəyi qapadaraq mövqe bildirmək üçün geri dönüş etməyib. /Bizim.Media

 










RƏYLƏR