Yevlax Peşə Məktəbində ÖZBAŞINALIQ

OXUNUB: 1133 GÜNDƏM HADİSƏ

Hər kəsə də aydındır ki, lisey və peşə məktəblərində oxuyan şagirdlərin mütləq əksəriyyəti dərslərə gəlmir, bunun müqabilində isə peşə məktəblərinin direktorları böyük qazanc əldə edirlər. Çünki peşə məktəblərinin direktorları həm şagirdlərin təqaüdlərini mənimsəyirlər, həm də dərs keçməli olan müəllimlərdən dərs keçmədikləri üçün pul alırlar.

Yuxarıda sadalanan bütün neqativ hallar Yevlax Peşə məktəbində hökm sürür. Hələliksə Yevlaxda fəaliyyət göstərən peşə məktəbində baş alıb gedən özbaşanılıq və korrupsiya faktları ilə bağlı məlumatları oxucuların diqqətinə çatdırırıq.

Əldə etdiyimiz məlumata əsasən Yevlax Peşə məktəbinin direktoru Famil Rzayev bu təhsil ocağını öz şəxsi mülkünə çevirib. Məktəbdə dərslərin keçirilmədiyini vurğulayan mənbə bildirir ki, şagirdlərin praktiki hazırlığını yüksəltmək üçün nəzərdə tutulan emalatxanalardan təyinatı üzrə istifadə etmir və həmin emalatxanaları özünün gizli sexlərinə çevirib.

KanalS.az-a daxil olan məlumata əsasən hal-hazırda Yevlax Peşə məktəbinin diretoru olan Famil Rzayev liseydə qeydiyyatda olan şagirdlərin 70 faizinin təqaüd kartlarını özündə saxlayır. Kartların onda nə üçün olduğunu soruşduqda, Famil Rzayev məktəbin bəzi xərclərini yerinə yetirmək üşün saxladığını bildirir.

Məlumata əsasən apardığımız ilkin araşdırmalarda bəlli oldu ki, F.Rzayev direktor olduğu adı çəkilən təhsil müəssisəsində əyanı vəsait kimi istifadə olunmaq üçün verilən avadanlıqlar təyinatı üzrə istifadə olunmur, əksinə qazanc məqsədi ilə satılır. Və eləcə də tədris otaqlarında isə tələbələri görmək faktiki olaraq mümkin deyil. Həmçinin müəllimləri də.

Belə ki, dərsə gəlməyən, adı isə ştat cədvəlində yer alan müəllimlərin məvacibləri isə direktor tərəfində mənimsənildiyi də bildirilir. Maddi vəsaitlərinin mənimsənilməsi təkcə bu formada həyata keçirilmir. Belə ki, müəllimlərin maaşları, tələbələrin isə təqaüd aldıqlarını nəzərə alsaq məktəb kalidorlarında görünməyən sonuncuların təqaüdləri də müəllimlərin məvacibləri ilə bir istiqamətə yönəlir. Bütün bu suallara aydınlıq gətirmək üçün F.Rzayevə dəfələrlə zəng açsaq da onu yerində tapa bilmədik. Hər dəfə katibə direktorun yerində olmadığını bildirdi. Görünür direktor məktəbi disdant idarə edir.

Yaxın günlərdə adı çəkilən liseylə əlaqəli araşdırmalarımızın konkret nəticələri ilə geniş tanış olacaqsınız. Və güman edirik ki, Fmil Rzayev vaxt tapıb məktəbə gələcək, təhsil müəssisəsində baş verən narahatçılıqlar barədə öz fikrini bizimlə paylaşacaq./KanalS.az

https://xeberal.az/wp-content/uploads/2022/01/PicsArt_01-10-01.05.35-700x420-1-300x180.jpg 300w" sizes="(max-width: 700px) 100vw, 700px" style="box-sizing: border-box; height: auto; max-width: 100%; vertical-align: middle; border-radius: inherit;" />

RƏYLƏR