Yusif Qədimbəylinin oğlu əliqabarlı fəhlələrin əmək haqlarını mənimsəyib? - VİDEOŞİKAYƏT

OXUNUB: 471 SOSİAL HADİSƏ
"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli kimi hər kəsin tanıdığı məşhur iş adamın oğlundan Mingəçevir sakinləri tərəfindən Dünyanınsəsi.Az saytına videoşikayət daxil olub.

Belə ki, iş adamının oğlu Orxan Qədimbəyli Mİngəçevir şəhərində yeni inşa ediləcək Klinkanın tikintisi ilə bağlı ” BAŞİR-PROQRESS” MMC -nin rəhbəri Dilqəm Əliyevlə aralarında müqavilə bağlanılıb.
” BAŞİR-PROQRESS” MMC isə Mingəçevir şəhərində klinkanın tikintisini 5 may 2022-ci il tarixdə başa çatdırıb.
Məlumat üçün qeyd edək ki, müqvilədə Yusif Qədibəylinin Mingəçevir şəhərində kür çayının sol sahilində yerləşən bağ evinin təmiri və digər nəzərdə tutlan tikinti işləridə tam görülərək başa çatdırılıb.
” BAŞİR-PROQRESS” MMC -nin direktoru Dilqəm Əliyev videoşikayətində qeyd edir ki, görülən işlərin müqabilində məşhur iş adamının oğlu 12.800 manat civarında əl əməyi haqqımızı mənimsəyərək vermir.
Azərbaycanda Rəzalət! Yusif Qədimbəylinin oğlu əliqabarlı fəhlələrin əmək haqlarını mənimsəyib? - VİDEOŞİKAYƏT- FOTOLAR

MMC direktoru bildirir ki, haqımızı tələb etmək üçün 11 dəfə "Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Bakıda yerləşən ofisinə getsəmdə bu görüş Cəfər Cəfərov tərəfindən əngəllənib.
Hətta şikayətçi şəxs qeyd edir ki, Cəfər müəllim ona bildirib ki, hara və kimə şikayət etsən müəllim pulla ört-basdır edəcək.Get başını bəlaya soxma.

MMC direktorunun videoşikayətini təqdim edirik:

Redaksiya olaraq inaırıq ki, ölkəmizdə böyük ada-sana malik olan məşhur iş adamı Yusif Qədimbəyli səsləndirilən şikayətləri araşdırmaqla , əliqabarlı , alın tərli ilə ailə-uşaqları üçün çörəkpulu qazanan insanların əməkhqlarının ödənilməsinə göstəriş verəcəkdir.

Məzlumun, qulun haqqını yeyənlərin diqqətinə :
"Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.” (Əl-Ənbiya, 47)

"DünyanınSəsi” olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik./Dünyanınsəsi.Az
 
İcmal.Az

RƏYLƏR