Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

OXUNUB: 539 HADİSƏ
Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib. 

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başvermə səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribanibildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. 
 
 
İcmal.Az

RƏYLƏR