Bakıda şirniyyat sexi yanıb

OXUNUB: 630 HADİSƏ

Nizami rayonunda yerləşən şirniyyat sexində yanğın olub.

İcmal.Az FHN-nin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib.

 

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

İcmal.Az

RƏYLƏR