Federal Ehtiyat Sistemi (Federal Reserve System) iyun iclasının protokolunun dərcindən sonra dollar sabitləşib.
Dolların sabitləşməsinə protokolda FES üzvləri arasında uçot dərəcəsinin artırılması ilə bağlı fikir ayrılıqlarının olması təsir göstərib. Əsas valyuta səbətində dollar indeksi 0,1 faiz azalaraq 96,278 bəndə enib. Hansı ki, çərşənbə günü bu rəqəm 96, 512 bənd idi.
Hazırda bazar iştirakçıları Mərkəzi Bank rəhbərliyinin bəyanatlarını və yeni iqtisadi göstəricilərin açıqlanmasını gözləyirlər. /oxu
İcmal.Az
























