7NEWS.az xəbər verir ki, bu dəqiqələrdə Gəncədə dəhşətli faciə baş verib. Belə ki, 4 yaşlı oğlan anasının əlindən qaçaraq Gəncə çayına düşüb. Körpüdən birbaşa suya düşən uşağı hələ ki, tapmaq mümkün olmayıb.
7NEWS.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə uşağın axtarışına FHN də qoşulub. FHN əməkdaşının müxbirimizə verdiyi məlumata görə uşaq tapılana qədər axtarışlar davam edəcəkdir.
























