Ömürlük həbsə məhkum edilmiş azərbaycanlılarla bağlı - AÇIQLAMA

OXUNUB: 685 HADİSƏ

Azərbaycanın İraqdakı Səfirliyi üç azərbaycanlı qadının İŞİD terror təşkilatı ilə əlaqədə olduğu üçün ömürlük həbs cəzası alması xəbərini təkzib edib. 

Azərbaycanın İraqdakı Səfirliyindən İcmal.Az-a verilən açıqlamada bu informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.

"KİV-də hər cür məlumat dərc edilə bilər. Biz bu ölkənin rəsmi qurumları ilə əlaqədəyik. Azərbaycana aid nəsə baş versə, bizim məlumatımız olar.  

Bizdə belə bir informasiya yoxdur. Bu məlumatları təkzib edirik”, - səfirlikdən bildiriblər. 

Qeyd edək ki, bəzi dünya KİV-ləri üç Türkiyə, üç Azərbaycan, bir Özbəkistan və bir Suriya vətəndaşının İŞİD-ə qoşulmaqda ittiham edilərək, həbs olunması ilə bağlı məlumat yayıb.

İcmal.Az

RƏYLƏR