Qənirə Paşayeva yeniyetmə və gənc idmançılarla görüşüb - TOVUZDA

OXUNUB: 315 SOSİAL İDMAN
7NEWS.az xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2022-ci il üzrə Azərbaycanın Gənclər Paytaxtı olan Tovuzda müxtəlif yarışlarda uğur qazanan yeniyetmə və gənc idmançılarla görüşüb.
Qovlar şəhərində yerləşən Tovuz Gənclər Evində keçirilən görüşdə müxtəlif növlərdə klublararası, respublika, Avropa, Avrasiya və Dünya çempionat, birincilik və kubok yarışlarında yüksək yer qazanan idmançılar – alpaqutçular, qolgüləşçiləri, taekvandoçular, budoçular, stronqmençilər öz uğurlarından söz açıb.
Azərbaycanın Gənclər paytaxtı Tovuzun gənclər və idman ictimaiyyətinin öz fəallığı ilə seçilməsindən məmnunluğunu bildirən Q.Paşayeva, onları maraqlandıran mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb.
Millət vəkili yeniyetmə və gənclərin, idmançıların uğurları ilə tanışlıqdan çox məmnun olduğunu bildirib, onlara yeni uğurlar arzulayıb, Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.  
Görüşdə rayonun Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.



RƏYLƏR