"Şərq Tərəfdaşlığı" Sammitində Azərbaycan yüksək səviyyədə təmsil olundu" - Səbuhi Abbasov (VİDEO+FOTOLAR)

OXUNUB: 7625 GÜNDƏM HƏFTƏLİK İCMAL SİYASƏT
Bugün Brüsseldə V "Şərq Tərəfdaşlığı" Sammiti öz işinə başlayıb.
 
Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçılarının iştirak etdiyi görüşdə əsasən dövlətlərarası əməkdaşlıq müzakirə edilib. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndiriblər.
Sammitin keçirildiyi məkanda erməni diasporasına işləyən 4 azərbaycanlı hay-küy salmaq istəsənlər də qarşılarında Prezident İlham Əliyevi dəstəkləməyə gələn yüzlərlə azərbaycanlını görüblər. Bu barədə saytımıza hal-hazırda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Brüsseldə işgüzar səfərdə olan ASGA sədri "ARB24" Xəbər Kanalına eksklüziv açıqlamasənda Səbuhi Abbasov deyib: "Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrdən Azərbaycanı Prezident İlham Əliyev, Ermənistanı Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Məlumat üçün qeyd edək ki, Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşib. Hesab edirən Vətəndaş Cəmiyyətinin üzvləri, xüsusən də, gənclər təşkilatları Avropada keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi mütəmadi olaraq təmsil etməlidirlər"
Məlumat üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə V "Şərq Tərəfdaşlığı" Sammitində iştirak etmək üçün Brüsseldə 4 günlük rəsmi səfərdədir.
 
 
 
 







İcmal.Az

RƏYLƏR