Azərbaycanlı şagirddən BÖYÜK UĞUR

OXUNUB: 4894 MARAQLI SOSİAL
Beynəlxalq Math Challenge yarışmasında Azərbaycan şagirdləri uğurla iştirak edib. Dünyanın 88 ölkəsinin iştirak etdiyi yarışmada Bakı şəhəri 53 nömrəli məktəbin 2-ci sinif şagirdi Uğur Abdullayev qızıl medal qazanaraq Viyetnamda keçiriləcək yarışa vəsiqəni təmin edib. Dünya reytinq cədvəlində ilk sıralarda yer tutan məktəblimiz bundan öncə də gümüş medal qazanaraq mükafatçılar siyahısına düşmüşdü.

Dünyanın top Universitetlərinə qəbul və "scholarship” almaq şansını da təmin edən bu yarışlara ölkəmizdə maraq daha da artır.

İdman sahəsində olduğu kimi artıq elm və təhsil sahəsində də gənclər uğurlu nəticələr əldə edərək ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edirlər.

Şagirdlərimizi təbrik edir, yeni nailiyyətlər arzulayırıq.

RƏYLƏR