Zəfər Gününə həsr olunan şahmat turnirində qaliblər müəyyənləşdi (FOTOLAR)

OXUNUB: 214 GÜNDƏM Özəl
7NEWS.az xəbər verir ki, 6 noyabr tarixində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş IV sinif şagirdləri arasında şahmat turniri keçirilib.

Maraqlı və gərgin mübarizə şəraitində baş tutan turnirdə şagirdlər öz məntiqi təfəkkürlərini, strateji düşünmə qabiliyyətlərini və şahmat bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca iştirakçılar həm bilik və bacarıqlarını sınayıb, həm də rəqiblərinə qarşı idman əzmi və mübarizə ruhu ortaya qoyublar.

Turnirin nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib:

I yer – Abbasov Nicat Səbuhi oğlu
II yer – Qasımzadə Əhməd Şahin oğlu
III yer – Əliyev Tamerlan Tacəddin oğlu
Qalibləri əldə etdikləri uğur münasibətilə təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.

Bu cür intellektual yarışların keçirilməsi şagirdlərdə məntiqi düşüncənin, diqqətin, səbrin və sağlam rəqabət ruhunun formalaşmasına mühüm töhfə verir.

Zəfərimiz qürurumuz, gələcəyimiz gənclərimizdir!














RƏYLƏR