7NEWS.az xəbər verir ki, Dünyada bir ilk olaraq ixtira edilən elektrikli çubuqlar biləyə quraşdırılmış mini kompüterdən ibarətdir. Tokiodakı Meiji Universitetindən Homei Miyaşita və Kirin ilə birgə hazırlanmış çubuqlar əslində sadə bir sistemə əsaslanır. İnsana zərər verməmək üçün zəif elektrik cərəyanı verilən çubuqlar qidanın tərkibindəki natrium xlorid və natrium glutamat ionlarını ağıza ötürərək, süni duz hissi yaradır və yeyilən yeməyin dadının daha güclü qəbul edilməsinə səbəb olur.
İcmal.Az