Özünü kosmetoloq kimi təqdim edən Aysun Balayevadan qeyri-etik paylaşım: VİDEODA KİŞİ DODAĞINI...

OXUNUB: 46 SOSİAL
Kosmetoloq kimi təqdim olunan Dr. Aysun Balayeva sosial şəbəkə hesabında paylaşdığı video ilə müzakirələrə yol açıb. Videoda kişi pasiyentin dodaq nahiyəsinə botoks tətbiqindən sonra nəticənin uğurlu olduğu ifadə edilir. Pasiyentin homoseksual olduğu iddia edilən paylaşım sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Paylaşım ətrafında yaranan müzakirələr təkcə prosedurun estetik nəticəsi ilə deyil, eyni zamanda tibbi fəaliyyətin hüquqi əsasları ilə bağlı sualları da gündəmə gətirib. Belə ki, Aysun Balayevanın bu sahədə müvafiq tibbi sertifikata və fəaliyyət üçün tələb olunan lisenziya çərçivəsində işləyib-işləmədiyi ilə bağlı iddialar səsləndirilir.

Paylaşımın bəzi istifadəçilər tərəfindən LGBT mövzularının sosial şəbəkələrdə normallaşdırılması və təbliği kimi qiymətləndirilməsi də müzakirələrə əlavə çalar qatıb. Tənqidçilər bu cür məzmunların cəmiyyətin milli-mənəvi dəyərləri, ənənəvi ailə modeli və ictimai həssaslıqları baxımından suallar doğurduğunu bildirirlər. Bununla belə, konkret paylaşımın LGBT təbliğatı məqsədi daşıdığını təsdiqləyən fakt ortaya qoyulmayıb.

Qeyd olunan iddiaların rəsmi sənədlərlə təsdiqlənib-təsdiqlənmədiyi məlum deyil. Məsələ ilə bağlı müvafiq qurumların mövqeyi və Dr. Aysun Balayevanın açıqlaması ictimai müzakirələr baxımından əhəmiyyətli olardı.
 

7NEWS.az

RƏYLƏR