Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi - FOTO

OXUNUB: 42 SOSİAL
"Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar səfər edib.
media-whatsapp-image-2026-11-18-at-12-48-41-1
Aqil Ələsgər səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-40-2
 

Prezident Tufan Ərhürmanla görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, Baş nazir Ünal Üstəllə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-40-1
Görüşlərdə Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi, informasiya mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-4
Aqil Ələsgər Prezident Tufan Ərhürmana və Baş nazir Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-3
media-whatsapp-image-2026-11-18-at-12-48-40-4
O, ŞKTR-in yaradılmasının 43-cü ildönümü – Cümhuriyyət Bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda da iştirak edib.

Prezident Tufan Ərhürmanın ev sahibliyi ilə keçirilən tədbirə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ŞKTR Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, baş nazir Ünal Üstəl və digər rəsmi şəxslər qatılıblar.

media-whatsapp-image-2026-11-18-at-12-48-41
Səfər çərçivəsində həmçinin Aqil Ələsgərlə Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından biri olan "Genç TV”nin rəhbəri Ərtan Birinci arasında görüş keçirilib.

media-whatsapp-image-2026-11-18-at-12-48-41-1
Görüşdə "Yeni Çağ” Media Qrupu ilə "Genç TV” arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq yayımların təşkili, qarşılıqlı informasiya mübadiləsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
 
media-whatsapp-image-2026-11-18-at-12-48-41
media-whatsapp-image-2026-11-18-at-12-48-40-3
media-whatsapp-image-2026-11-18-at-12-48-41-2
media-whatsapp-image-2026-11-18-at-12-48-41-4
 

RƏYLƏR