Azərbaycan və Tacikistan prezidentləri danışıqlarda - FOTO + YENİLƏNİB

OXUNUB: 175 index-manşet SİYASƏT

Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

İcmal.Az xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

---

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

İcmal.Az xəbər verir ki, bu baərəd prezidentin rəsmi saytı məlumat yayıb.

---

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

İcmal.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham ƏliyevTacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}