4 dil bilir, 49 ölkə gəzdi, 50 min dollar maaş alırdı, İNDİ İSƏ KÜÇƏLƏRDƏ YAŞAYIR - FOTOLAR

OXUNUB: 1255 MARAQLI
Kimsəsiz insanların qış aylarını keçirmələri üçün "Kimsəsizlər oteli"nin bağlanmasından sonra işləmək üçün Manavgata gələn 59 yaşlı Serdal Erdek 12 gendür ki avtosalonda qalır, gecələri isə bankda yatır.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 dil bilən, 49 ölkə gəzən, 50 min dollar maaş alan Serdal alkoqol və qumarın əsiri olduqdan sonra hər şeyini itirib.

Alman, ingilis, fransız, italyan dillərini bilən iş adamı vaxtı ikən bir çox ölkələrdə təlimlər keçib, otel işlədib. Lakin zərərli vərdişləri nəticəsində ailəsini də itirib.

Ankaralı zəngin ailədə dünyaya göz açan Serdal Erdek 12 yaşında anası ilə birlikdə Almaniyaya gəlib. Burad kung-fu idman növü ilə məşğul olub, Çin fəlsəfəsi ilə maraqlanıb:

"10 il Almaniyada qaldıqdan sonra İsveçrənin Zürih vilayətində kung-fu və fəlsəfədən dərs keçdim. Belçika əsilli ailənin köməyilə İsveçrənin Lutzern şəhərindəki otelçilik məktəbində 4,5 il təhsil aldım. Məktəbi bitirdikdən sonra vəkil olan isveçrəli xanımla ailə həyatı qurdum. Bu evliliyimiz 22 il davam etdi. Davosda 6 ay gecə müdirliyi ilə məşğul oldum. İtaliya, Romadakı oteldə yemək və içki müdiri və müdir köməkçisi çalışdıqdan sonra Taylandın paytaxtı Bankongda 4 il 5 ulduzlu bir oteldə müdir oldum.

Bankongdan Hong Konga keçib 50 min dollar maaş müqabilində 4 il müdir oldum. Burada qumara qurşandım. Daha sonra Fransanın paytaxtı Parisə gələrək 3il də burada yaşdım. Parisdə alkoqol səbəbilə 1,5 il müalicə olundum. 2000-ci ildə Türkiyəyə qayıdıb əsgərliyə getdim.

Daha sonra həyat yoldaşım Türkiyəyə köçdü, birlikdə yaşamağa başladıq. Lakin bir gün mənə "Ya içki, ya mən" dedi, mən içkini buraxmayınca o, məni tərk etdi, lkəsinə geri döndü. 11 ildir onunla görüşmürəm. Əlimdə-ovcumda nə varsa, alıb getdi".


4 dil bilir, 49 ölkə gəzdi, 50 min dollar maaş alırdı, İNDİ İSƏ KÜÇƏLƏRDƏ YAŞAYIR - FOTOLAR
4 dil bilir, 49 ölkə gəzdi, 50 min dollar maaş alırdı, İNDİ İSƏ KÜÇƏLƏRDƏ YAŞAYIR - FOTOLAR

 

İcmal.Az

RƏYLƏR