Mərhum pop kralı Maykl Ceksonun bacısı, 51 yaşlı Canet Cekson Londondadır.
2017-ci ilin aprelində ərindən ayrılan müğənni Milad və Yeni İl bayramlarını Mayamidəki evində, 1 yaşlı oğlu Eyssa ilə birlikdə keçirib.
Canet Cekson 5 il əvvəl qətərli milyarder Vissam əl Məna ilə ailə qurmuşdu.
Onlar boşanma səbəblərini açıqlamırlar.
"Oğlumla birlikdə bəxtəvərəm. Boşanma prosesi davam edir. Yalnız bunu deyə bilərəm", - C.Cekson söyləyib./milli
İcmal.Az