ABŞ-da tornado nəticəsində 30 nəfər xəsarət alıb

OXUNUB: 754 DÜNYA HADİSƏ

ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb.

 

 Təbii fəlakət Talsa şəhərində qeydə alınıb.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təbii fəlakət nəticəsində Talsa şəhərində təxminən 11 min evin elektrik enerjisi kəsilib, yaşayış evləri və müxtəlif tikililərə ciddi ziyan dəyib. Tələfatın olmadığı bildirilir./apa 

 

 
 
İcmal.Az

RƏYLƏR