Ağdaşda xeyli sayda dərman içən 18 yaşlı oğlanın vəziyyəti normaldır - ƏLAVƏ OLUNUB

OXUNUB: 138 QHT BANK İQTİSADİYYAT Özəl

İlk xəbər 09:36-da yayılıb

Ağdaş. 29 aprel. / Orxan Vaqifzadənin atası Firdovsi Vaqifzadə "Report"a açıqlamasında bildirib ki, övladı səhvən vaxtı keçmiş dərman içib və zəhərlənib. 

O qeyd edib ki, oğlunun intihar etmək niyyəti olmayıb: "Orxan dərmandan zəhərlənib. Hazırda vəziyyəti normaldır. Həyatı üçün təhlükə yoxdur".

***

Ağdaş rayonunda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, rayonun Ortaləki kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Firdovsi oğlu Vaqifzadə ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib.

Xəstəxanadan "Report"a bildirilib ki, hazırda O.Vaqifzadənin vəziyyəti qənaətbəxşdir. Müayinələr zamanı onun dərman preparatları qəbul edərək özünü öldürməyə cəhd etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR