Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

OXUNUB: 691 index-manşet SİYASƏT

Prezident İlham Əliyev fevralın 21-də "Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. 

BNEWS.az-ın məlumatına görə, sərəncamda bildirilir ki,  2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev eyni zamanda böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərib, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə edib.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

BNEWS.az

RƏYLƏR