Allahşükür Paşazadə Aşura günü münasibətilə qan verdi – FOTO

OXUNUB: 754 SOSİAL

Bu gün "Təzəpir” məscidində  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası keçirilir.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, saat 11:40-da QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə və dini icma rəhbərləri qan veriblər.

 

İcmal.Az

RƏYLƏR