Ankarada ulu öndər Heydər Əliyevə həsr edilən kitabların təqdimatı olub - VİDEO

OXUNUB: 1357 index-manşet

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən tədqiqat xarakterli salnamə nəşr edilib. Millət vəkili, xalq yazıçısı Elmira Axundovanın qələmə aldığı roman-tədqiqat ulu öndərin həyat və fəaliyyətini geniş şəkildə əks etdirir.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyənin Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə "Heydər Əliyev: Şəxsiyyət və zaman", "Heydər Əliyev: Kremldə 5 il" və "Heydər Əliyev: Qayıdış" 3 cildlik salnamənin türk dilində olan versiyasının təqdimatı olub. Tədbirdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı danılmaz roldan danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında misilsiz xidmətləri olub.

Əli Həsənov vurğulayıb ki, təqdim olunan üç cildlik salnamə ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Nəşrlərdə ulu öndərin malik olduğu liderlik keyfiyyətləri dəqiqliklə təsvir edilib.

Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin şəxsiyyəti bütün dünya üçün bir nümunədir.

Türkdilli oxuculara təqdim olunan roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlərlə müsahibələr, Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

7News.Az

RƏYLƏR