“ASAN könüllüləri”nin növbəti 10-cu qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar.

OXUNUB: 844 SOSİAL


         Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirilmişdir.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilmişdir.

Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul etmiş, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsini sevdirici hal olaraq vurğulamış  və onlara bu işdə uğurlar diləyibdir.

       Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülmüşlər.

 

 

 

İcmal.Az

RƏYLƏR